Elza Seyidcahan gündəm olan ədəbsiz şeirdən danışdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib.
Metbuat.az xəbər verir ki, müğənni qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib.
“Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəyəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun”, deyə Elza Seyidcahan bildirib.
Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elza #Seyidcahan #gündəm #olan #ədəbsiz #şeirdən #danışdı