Naxçıvanda boğularaq ölən polis dəfn olundu
BEY.AZ informasiya agentliyi xəbər verir
Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, mərhum doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictiamiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #boğularaq #ölən #polis #dəfn #olundu