Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidentini qəbul edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.
Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.
Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fərid #Qayıbov #İslam #Əməkdaşlıq #Təşkilatı #Gənclər #Forumunun #prezidentini #qəbul #edib