fbpx

​YARAT Müasir İncəsənət Mərkəzində Tahir İmanov və Bəhram Bağırzadə ilə görüş keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


İyulun 25-də YARAT Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdarartistləri Tahir İmanov və Bəhram Bağırzadə ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində müxtəlif mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Respublikada mədəniyyət sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Riad Cəbrayılov diqqətə çatdırıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşdırılan irimiqyaslı mədəniyyət layihələri, festival və tədbirlərin dövlət tərəfindən bu sahəyə yüksək diqqət və qayğısının təcəssümü olduğu tədbir müddətində vurğulanıb.

“Planet Parni İz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin hər zaman mədəniyyət xadimləri, həmçinin KVN teatrının kollektivi ilə səmimi görüşlər keçirərək, onların fəaliyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. Əməkdar artist vurğulayıb ki, “Bakılı oğlanlar”ın qazandığı bütün nəaliyyətlərin təməlində həmişəyaşar liderin KVN teatrına göstərdiyi misilsiz dəstək dayanır.

Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində cəmiyyətin mövcud nöqsanlarının satirik dildə ifadə olunmasının ən böyük dəstəkçisi idi. Diqqətə çatdırılıb ki, hazırda milli yumor sənətinin inkişafında mövcud problemlərin həlli olduqca mühüm istiqamətlərdən biridir və gənclər bu istiqamətdə təşəbbüskar olmalı, kreativ və yenilikçi ideyalar irəli sürməlidirlər.

Görüş müddətində “Planet Parni İz Baku” KVN teatrının çoxsaylı tamaşa və filmlərindən fraqmentlər nümayiş etdirilib. Tədbir “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə rolu və cəmiyyətdə nüfuzu” mövzularında panel müzakirə ilə davam edib, qonaqlar Ulu Öndərlə olan ən səmimi xatirələrindən söhbət açıblar. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində “Avroviziya-2022” Mahnı Müsabiqəsinin ölkə təmsilçisi Nadir Rüstəmli, gənc müğənni Yusif İsmayılov və “Jafarlinsky Band”in ifasında populyar musiqi nümunələri təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#YARAT #Müasir #İncəsənət #Mərkəzində #Tahir #İmanov #və #Bəhram #Bağırzadə #ilə #görüş #keçirilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin