Bəyin yaraladığı şəxs gəlinin keçmiş sevgilisi imiş
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Qax rayonunda bəy qız toyunda qonağı bıçaqlayıb.
Metbuat.az xəbər verir ki, “Xəzər Xəbər” hadisə ilə bağlı yeni detalları əldə edib. Belə ki, bəyin bıçaqladığı şəxs nişanlısının keçmiş sevgilisi olub. Hhadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında baş verib.
Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.
Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib.
Həmin ərazidə bıçaqlanan Yamən Şıxəmirli kəsilmiş – deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub və əməliyyat olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb. Məlumatına görə, Ariz Əhmədov və Yamən Şıxəmirli Vətən müharibəsinin iştirakçıları olub.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəyin #yaraladığı #şəxs #gəlinin #keçmiş #sevgilisi #imiş