fbpx

Qalmaqalla ayrılan gəlini Mətanət İsgəndərlinin evində

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə qalmaqal yaşayıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu günlərdə onlar tez-tez bir araya gəlib. Bu dəfə isə Canana müğənninin evindən videolar paylaşıb. O, uşaqları ilə birlikdə M.İsgəndərlinin evində olduğunu vurğulayıb.

Sosial şəbəkə izləyiciləri isə ona bununla bağlı tənqidlər yazıblar. Canana şərhlərə “Sizi nə narahat edir? Bu, bizim ailəmizdir. Nə istəyirik, onu da edirik” cavabını verib.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qalmaqalla #ayrılan #gəlini #Mətanət #İsgəndərlinin #evində

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin