fbpx

Rezidentura üçün ixtisas seçiminin vaxtı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2022-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, hazırda avqustun 13-də keçiriləcək ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün qeydiyyat gedir. İmtahanın ikinci mərhələsində iştirak etmək üçün ərizə qəbulu 2 avqust saat 23:59-dək davam edəcək. Müsabiqədə iştirak etmək üçün ixtisas seçimi isə avqustun 17-dən 22-dək aparılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rezidentura #üçün #ixtisas #seçiminin #vaxtı #açıqlandı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin