fbpx

Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri bəlli oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Güləş üzrə Azərbaycan yığmalarının iyulun 31-də Türkiyənin İstanbul şəhərində start götürəcək U-17 dünya çempionatı üçün heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, avqustun 6-dək davam edəcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıb.

Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) medal qazanmağa çalışacaq.

Rüya tabirlerini burdan oku

Mundialn son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) qüvvəsini sınayacaq.

Başakşehir İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında I dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dünya #çempionatında #çıxış #edəcək #Azərbaycan #güləşçiləri #bəlli #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu