Tatyana Gorbatenko Azərbaycanda təltif olundu
BEY.AZ informasiya agentliyi xəbər verir
Be Allure uzunmüddətli fəaliyyəti ilə Qazaxıstanın ən populyar və tövsiyə olunan estetik tibbi və kosmetoloji mərkəzlərindən biridir. Mərkəz 2011-ci ildə qazaxıstanlı işgüzar xanım, Tatyana Gorbatenko tərəfindən təsis olunub və geniş spektrdə klassik, inyeksiya, lazer və aparat kosmetoloji xidmətləri göstərir.
Mərkəzdə bütün növ kosmetoloji xidmətlər bu gün mövcud olan ən müasir preparatlardan istifadə edilməklə həyata keçirilir. Eyni zamanda “Be Allure”da Tatyana Gorbatenko tərəfindən hazırlanmış fərdi təlim proqramı çərçivəsində kosmetoloq kursları həyata keçirilir.
“Be Allure” kosmetoloji mərkəzində sertifikatlı peşəkar kosmetoloqlar aparat və inyeksiya texnikası ilə bütün növ prosedurları peşəkarlıqla həyata keçirirlər. Mərkəzin bütün mütəxəssisləri vaxtaşırı estetik təbabət və kosmetologiya sahəsində gözəllik və innovativ texnologiyalar üzrə beynəlxalq konqreslərdə təlim keçirlər. Be Allure mərkəzinin personalının fərdi yanaşması, göstərilən xidmətlərin keyfiyyəti və peşəkarlığı heç kəsi laqeyd qoymur.
Tatyana Gorbatenko, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Cosmetologistof the Year” nominasiyasına layiq görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tatyana #Gorbatenko #Azərbaycanda #təltif #olundu