fbpx

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi II raundda Polşa “Rakuv”unu mübarizədən kənarlaşdırsa, Kipr “Aris”i ilə qarşılaşacaq.

Limasol klubu II mərhələdə Belarus BATE-sini keçib. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da Borisov təmsilçisinə heç bir şans verməyib – 5:3.

Qeyd edək ki, “Qarabağ” Polşadakı görüşdə “Rakuv”a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #potensial #rəqibi #bəlli #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin