Bakıdakı bu bu poliklinika sökülür
BEY.AZ informasiya agentliyi xəbər verir
Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı poliklinika sökülür.
Metbuat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, poliklinikanın yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.
Artıq Səhiyyə Nazirliyi Mərkəzin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Tender cari ayın sonunadək davam edəcək.
27 saylı poliklinika ötən ildən fəaliyyət göstərmir. Həmin vaxt yayılan məlumatlarda poliklinikanın təmir olunacağını bildirilirdi. Poliklinikanın ərazisinin satıldığı barədə də iddialar səsləndirilirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıdakı #poliklinika #sökülür