fbpx

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a bildirilib ki, 45 kiloqram çəki dərəcəsində Turan Daşdəmirov və 60 kiloqram çəki dərəcəsində Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

T.Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. R.Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #iki #güləşçisi #dünya #çempionu #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin