fbpx

101 yaşlı qadının uzun ömür sirri: Həftədə 4 gün…

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial media ulduzu 101 yaşlı Ceyni Börns uzunömürlü olmağın sirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, qadın açıqlamasında yaşının çox olmasına baxmayaraq həftədə dörd dəfə işə getməyə davam etdiyini bildirib. Təqaüdə 80 yaşında çıxmaq istəyən C.Börns

bir qədər sonra anlayıb ki, o işsiz çox darıxacaq. 25 il əmək fəaliyyətinə davam edən sosial media fenomeni əmindir ki, iş onun uzunömürlülüyünə töhfə verib.

Bu fərziyyəsini elmi dəlillər ilə sübut etməyə çalışan qadın deyib ki, tez-tez xroniki xəstəliklərə səbəb olan xroniki stress, ömür uzunluğunun azalmasına səbəb olur.

Buna görə mehriban insanlarla ünsiyyət qurmaq çox vacibdir. Qeyd edək ki, 2021-ci ildə 20 yaşlı həmkarı Jane ilə bağlı videolar dərc etməyə başladıqdan sonra o, sosial media ulduzuna çevrildi. Bu videolardan birinin 9 milyondan çox baxışı və 2 milyondan çox bəyənməsi var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşlı #qadının #uzun #ömür #sirri #Həftədə #gün

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin