Ərdoğan Azərbaycanla bağlı bu sazişi TƏSDİQLƏDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Metbuat.az xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb.
Belə ki, sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir. Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.
Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #Azərbaycanla #bağlı #sazişi #TƏSDİQLƏDİ