fbpx

Direktor və direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

BEY.AZ informasiya agentliyi xəbər verir


2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsində iştirak edən 420 namizəddən 151 nəfəri müsahibə mərhələsinin birinci turunda iştirak edir.

Qeyd edilib ki, direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibələrin ilk turunda iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan müraciətçilər buraxılır.

Keçid balından çox nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibələrin ikinci turunda, boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.

Müsahibələrin ilk turu 7 avqust – 7 sentyabr tarixləri arasında, ikinci turu isə ehtiyaca uyğun olaraq 9 oktyabr – 1 dekabr aralığında baş tutacaq. İmtahandan keçən şəxslərə müsahibə ilə bağlı məlumat şəxsi kabinet vasitəsilə verilir.

Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Direktor #və #direktor #müavini #olmaq #istəyənlərin #NƏZƏRİNƏ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin