fbpx

Runi Azərbaycan millisinin başına gətirilir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər sosial mediada İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin Azərbaycan yığmasının baş məşqçisi olacağı ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, 37 yaşlı mütəxəssisin millmizin baş məşqçi postunda Canni de Byazini əvəzləyəcəyi bildirilir.

Metbuat.az xəbər verir ki, offsideplus.az məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxlayıb. Qurumun sözçüsü açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını söyləyib: “Milli komandanın baş məşqçisi var. O, qarşıdakı oyunlara hazırlaşır. Bu məlumat həqiqətə uyğun deyil”.

Bildirək ki, De Byazinin Azərbaycan millisi ilə bu ilin 30 noyabrınadək müqaviləsi var.

Əlavə edək ki, Ueyn Runi hazırda ABŞ-nin “Di Si Yunayted” klubunu çalışdırır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Runi #Azərbaycan #millisinin #başına #gətirilir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin