Qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkarlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonunun Bucaq və Muxas, Ağstafa rayonunun Köçəsgər kəndləri ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Oğuz rayon sakinləri Cavad İbrahimxəlilov, Veysəl Davudov və Ağstafa rayon sakini Kərəm Mehdiyev olduğu müəyyən edilib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən kömür istehsal edilən ocaqxanalara, kömür quyularına rast gəldikdə nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
Xatırladaq ki, ətraf mühitin mühafizəsi, qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyasına start verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qanunsuz #yolla #ağac #kömürü #istehsal #edilən #quyular #aşkarlandı