fbpx

Baş Prokurorluqdan Ramil Hüseynovun şikayəti ilə bağlı AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir sıra sosial şəbəkə kanallarında vətəndaş Ramil Hüseynovun ona məxsus mənzilin qanunsuz ələ keçirilməklə hüquqlarının pozulması, şikayəti üzrə hüquq-mühafizə orqanlarında qeyri-obyektiv araşdırma aparılması ilə bağlı həqiqətə uyğun olmayan müraciətləri yayımlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunanlar Baş Prokurorluq tərəfindən təkzib edilməklə bildirilir ki, vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub. Belə ki, yaşadığı mənzilin girov qoyulması müqabilində R.Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına müvafiq bank tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilsə də, R.Hüseynov tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı bankın mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında mənzilin satılaraq borcun ödənilməsi, artıq qalan məbləğin isə vətəndaşa qaytarılması qərara alınıb.

Rüya tabirlerini burdan oku

Qeyd edilən mənzil ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən 118 min manata dəyərləndirilməklə satılıb. Lakin R.Hüseynov heç bir əsas olmadan mənzili tərk etməyib.

Mülki iş üzrə cavabdeh olan R.Hüseynov tərəfindən qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli, Ali Məhkəmənin isə 2019-cu il 8 may tarixli qərarları ilə təmin edilməyib.

Bununla yanaşı, R.Hüseynovun mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə müraciəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından 2023-cü il martın 10-da cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. Həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 2023-cü il 19 aprel tarixli qərarla qanuni hesab edilib. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 may tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Vətəndaş tərəfindən irəli sürülən xüsusatların hərtərəfli araşdırılmasına, eləcə də müvafiq məhkəmələr tərəfindən qəbul olunmuş qərarların qüvvədə saxlanmasına dair qərarlar qəbul edilməsinə baxmayaraq, R.Hüseynov əsassız olaraq bəzi sosial şəbəkə kanalları vasitəsilə hüquq-mühafizə orqanlarının nüfuzuna və qanuni fəaliyyətinə yönəlmiş böhtan xarakterli fikirlər səsləndirməklə hadisələri təhrif edərək öz mənafeyinə uyğun qanunsuz qərarların qəbul olunmasına cəhd edib.

Bununla əlaqədar, R.Hüseynov bir daha Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib. Ona irəli sürdüyü xüsusatların mülki mühakimə icraatı qaydasında baxılaraq qanunamüvafiq qərarların qəbul edildiyi, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət hüququnun olması izah edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #Prokurorluqdan #Ramil #Hüseynovun #şikayəti #ilə #bağlı #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu