fbpx

Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən ay avtomobil bazarında durğunluq olmasına baxmayaraq, qiymət artımı davam edib.

Metbuat.az “Trend”ə istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) avtomobil bazarında keçirdiyi monitorinqə əsasən, bahalaşma əsasən 30 min manatadək olan avtomobillərin qiymətində qeydə alınıb.

Belə ki, iyul ayında həmin avtomobillərin qiymətində 2.8% artım qeydə alınıb.

Rüya tabirlerini burdan oku

Bundan daha bahalı və Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə isə tələbin azalması müşahidə olunub. Tələbin azalmasına baxmayaraq, bu avtomobillərin də qiymətində 1.2% artım qeydə alınıb.

Qeyd edək ki, bu il ərzində Azərbaycana avtomobil idxalı artıb. Belə ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.5% və ya 13200 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil idxal edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #avtomobillərin #qiyməti #bahalaşdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu