fbpx

“Nizami” metrostansiyasının tavanında gücləndirmə tədbirlərinə başlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında platformanın tavanında gücləndirmə tədbirlərinə başlanılıb.

Metbuat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır. Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub. Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.

Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nizami #metrostansiyasının #tavanında #gücləndirmə #tədbirlərinə #başlanılıb

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin