fbpx

Havay adaları YANIR: Ölənlərin sayı çoxdur

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Havay əyalətinin ən böyük adalarından biri olan Mauidə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 80-ə çatıb.

Metbuat.az xəbər verir ki, ada səlahiyyətliləri tərəfindən edilən açıqlamada baş verən yanğın hadisəsinin ştat tarixindəki ən ölümcül təbii fəlakət kimi qiymətləndirilib. Axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin sayının artacağı istisna edilmir. Adada baş verən digər iki meşə yanğını da qismən nəzarət altına alınsa da, hazırda alovla mübarizə üç fərqli nöqtədə davam edir.

Qeyd edək ki, Maui adasında çərşənbə axşamı başlayan meşə yanğınları Dora qasırğasının təsiri ilə tədricən geniş əraziyə yayılıb. Nəticədə, adada istirahət edən 14 mindən çox turist təxliyə edilib. Qubernator Qrinin sözlərinə görə, təəssüf ki, ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər.

ABŞ prezidenti Co Bayden Havay adalarını fəlakət bölgəsi elan edərək, adaya federal yardım göndərib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Havay #adaları #YANIR #Ölənlərin #sayı #çoxdur

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin