fbpx

“Rusiya bu addımı atsa, sülhməramlılar vaxtından əvvəl gedəcək”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Əgər ABŞ və ya Rusiya BMT TŞ Ermənistanı Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar dəstəkləməyə cəhd edərsə, o zaman hər iki danışıq platforması Azərbaycan üçün qapanmış olacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert hesab edir ki, bu qərar Azərbaycanın öz ərazilərindən Rusiya kontingentini vaxtından əvvəl çıxarmasına səbəb ola bilər:

“BMT Təhlükəsizlik Şurasında Azərbaycanın İngiltərə kimi çox yaxın tərəfdaşı var. Digər tərəfdən isə Qoşulmama Hərəkatından olan qeyri-daimi üzvlərin də Azərbaycana dəstək verəcəyi real görünür. Hesab edirəm ki, Ermənistanın Təhlükəsizlik Şurasının iclasında öz məqsədlərinə xidmət edən hansısa bir qərar qəbul ediləcəyi ehtimalı çox kiçikdir. Xatırladım ki, Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması barədə dörd qərarı 30 il əvvəl qəbul edən BMT bu qərarın icra edilməsi üçün nə Ermənistana, nə də Azərbaycan ərazilərindəki separatçı quruma qarşı heç bir sanksiya qəbul edilməsinə nail ola bilmədi. Belə olan halda, Ermənistanın 30 il saymadığı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi tamamilə riyakarlıqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #addımı #atsa #sülhməramlılar #vaxtından #əvvəl #gedəcək

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin