Dərmanlar ucuzlaşa bilər – Qanun təsdiqləndi
BEY.AZ informasiya agentliyi xəbər verir
Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Bu gün cənab Prezident həmçinin, Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?
Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliyin məqsədi bütövlükdə bu sahədəki vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır:
“Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. Bu baxımdan məqsəd bu sahədəki vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bir sıra dərman məhsullarının real qiymətləri də ucuzlaşa bilər.
Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dərmanlar #ucuzlaşa #bilər #Qanun #təsdiqləndi