fbpx

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu feysbuk hesabında məlumat paylaşıb.

Qeyd edək ki, İsə Orucov Vətən müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İsə Orucov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 29 oktyabr tarixində doğulduğu Şəmkir rayonunun Seyfəli kəndində dəfn olunub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, “Vətənə xidmətə görə” ordeni təltif olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vətən #müharibəsi #şəhidinin #anası #vəfat #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin