fbpx

“Boşanmış qadına kirayə ev vermirlər ki, əxlaqsızlıq edər”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu gün evlərini kirayə verən insanların böyük bir qismi ailəli olanlara kirayə vermək istəyir. Nə tələbələrə, nə də boşanmış qadınlara ev verən var”.

Metbuat.az “Pravda”ya istinadla xəbər verir ki, bunu psixoloq Gülnar Orucova deyib. O, əlavə edib:

“Azərbaycanda universitetlərin çoxu Bakıda yerləşir. Elə insanlar var ki, heç oxuduqları universitetlərin yataqxanalarından istifadə etmirlər. Yataqxanada yerlərin məhdudluğunu nəzərə alsaq, bəzən görürük ki, bir neçə tələbə birlikdə kirayə ev götürür. Hətta bu halda belə ev sahibləri problem çıxarırlar. Bəzən elə şərtlər qoyurlar, mən özüm belə təəssüf edirəm ki, gənclərə qarşı bu qədər acımasız olan vətəndaşlarımız var.

Tək qıza, yaxud oğlana, tək tələbəyə kirayə ev vermirlər. Bunlar nə düşünürlər? Bu adam təkdirsə, mütləq pis nəsə edəcək? Son dönəmlər sosial şəbəkələrdə tələbə evinin çirkab içində olması barədə görüntülər yayıldı. Axı hər tələbə evə o cür yanaşmır.

Gülnar Orucova deyib ki, boşanmış qadınlara da kirayə ev vermirlər:

“Avropalaşaq” sözünü ancaq söz olaraq deyirik. Heç bir dövlətdə belə bir qayda yoxdur ki, tək yaşayan insana, gəncə, tələbəyə, boşanmış qadına ev kirayə verilməyə. Biz cəmiyyət olaraq boşanmış qadına niyə bu cür yanaşırıq, bilmirəm. Düşünürük ki, boşanmış qadındırsa, ev verməyək, birdən əxlaqsızlıq edər…

Biz görmüşdük ki, boşanmış qadına dəstək, arxa-dayaq olarlar. Bu gün Azərbaycanda boşanmış qadın böyük problemlər yaşayır. Bəzi qadınlar boşanmırlar, onları qınayırıq ki, həyat yoldaşları xəyanət edir, niyə boşanmırlar? Yaxud vaxtında boşansaydılar, indi həyat yoldaşları onları qətlə yetirməzdi. Bu cür fikirlər irəli sürürük, amma cəmiyyətin boşanmış qadına münasibətinə baxın.

Boşanmış qadının hər hansı iş tapmaqda da üstünlüyü yoxdur. Tək övlad böyüdür, amma heç bir üstünlüyə sahib deyil. Ona görə də bu gün bəziləri düşünürlər ki, boşanmayım, əziyyətə qatlanım. Bəzən ata, qardaş, qohumlar, qonşular belə boşanan qadının həyat yoldaşı rolunu oynayır, namusunu, qeyrətini çəkməyə başlayırlar. O qədər sıxışdırırlar ki, qadın düşünür “boşanmasam, daha yaxşıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Boşanmış #qadına #kirayə #vermirlər #əxlaqsızlıq #edər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin