fbpx

Biz mənəvi dəyərləri arxa plana atmışıq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Cəmiyyətdə çox ciddi dəyişikliklər baş verir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, insanlar arasında qarşılıqlı əlaqələr genişlənir. Əgər bu əlaqələrdə mənəvi dəyərlər böyük rol oynasaydı, belə vəziyyət yaranmızdı. Amma indi mənəvi dəyərlər sıxışdırılıb”.

Bu sözləri Metbuat.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, artıq cəmiyyətdə daha çox maddi, özündən razılıq kimi xüsusiyyətlər rol oynayır:

“Körpə gözünü açan kimi pul, ailədaxili münaqişələr, məktəbə gedəndə müəllimə pul, hədiyyə vermək kimi hərəkətlər görür. Bu neqativ hallar insanlar arasında qarşılıqlı əlaqələrin güclənməsində daha çox rol oynayır. Min illərin təcrübəsi göstərir ki, insanlar arasında mənəvi dəyərlər çox rol oynayanda daha müsbət xüsusiyyətlər özünü göstərir. Əks halda, cəmiyyətdə neqativ xüsusiyyətlər ortaya çıxır, insanların psixologiyasına təsir edir.

Rüya tabirlerini burdan oku

Son zamanlar qız uşaqları ana bətnində qətlə yetirilir, valideyn özü buna “fərman” verir. Cəmiyyətdə belə valideynlər çoxaldıqca onların özünün şüurunun altında neqativ hallar insanlara da ötürülür. Bu, hələ bir misaldır. Biz cəmiyyətdə mənəvi dəyərlərdən istifadə etmirik, onu arxa plana atmışıq”.

Onun sözlərinə görə, mürəkkəbləşən cəmiyyətə dəstək olmaq lazımdır. İnsanları bu yöndə maarifləndirmək üçün layihələr həyata keçirmək mütləqdir. Əks halda, vəziyyət daha da pisləşə bilər:

“Cəmiyyət mürəkkəbləşərkən onlara köməklik göstərmək lazımdır, biz isə bunu etmirik. Bunun üçün elmi metodlar var. Xəstələnən cavan orqanizmə bir az kömək göstərdikdə o dərhal sağalır, yaşlı adam üçün bu, çətindir, səhiyyəyə ehtiyacı olur. Cəmiyyət də belədir. Belə proqnoz verə bilərik ki, 10 ildən sonra yenidən belə xoşagəlməz hallar arta bilər. Çalışmaq lazımdır ki, mənəvi dəyərlər ön plana çıxsın. Bu kimi halların qarşısını almaq üçün sosial sifariş, humanitar siyasət lazımdır. Bu istiqamətdə layihələr həyata keçirilməlidir. Mən aidiyyəti qurumlara təkliflər də edirəm, amma etinasızlıq var”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Biz #mənəvi #dəyərləri #arxa #plana #atmışıq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu