“Boşanan qızların arxasında anaları dayanır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Boşanmalarda ən çox günahkar valideynlərdir. Hətta deyərdim ki, xanımların analarının mövqeyi daha çoxdur. Boşanan hər bir qızın arxasında anası dayanır. Sırf əmlaka görə düşmən olurlar. Çox vaxtı barışma ehtimalları sıfıra düşür”.
Metbuat.az “Publika.az”a istinadən bildirir ki, bunu Hüquq müdafiəçisi Samir Zeynalov deyib. O deyir ki, son 3 ildə boşanmaların əsas səbəbləri maddi vəziyyət yox, valideynlərin təzyiqidir:
“Qısası, bu gün insanlar bir-biri ilə uzunmüddətli evlilik üçün araya gəlmirlər. Sadəcə öz rahatlıqları üçün ailə qururlar. Gənclər maddi maraqlar üçün yox, mənəvi dəyərlər üçün ailə qurmalıdır. Nikahdan öncə xidmət yaradılsa, o zaman insanlar qeyri-rəsmi münasibətdə olacaqlar. Ölkəmizdə də bu say az deyil”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Boşanan #qızların #arxasında #anaları #dayanır