Elm və Təhsil Nazirliyi yeni elektron xidməti istifadəyə verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilib.
Bu barədə Metbuat.az-a Nazirlikdən məlumat verilib.
Bildirlib ki, artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.
Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.
Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.
Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elm #və #Təhsil #Nazirliyi #yeni #elektron #xidməti #istifadəyə #verdi