Qubad İbadoğlu ilə bağlı bu qərar LƏĞV EDİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarı ilə məhdudlaşdırılmışdı.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkilləri sözügedən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Şikayət əsassız sayılaraq rədd edilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.
Məhkəmə belə qənaətə gəlib ki, telefon danışığı və görüş məhdudiyyəti ilə bağlı şikayəti Nərimanov rayon Məhkəməsi icraata götürüb araşdırmalı idi. Bu əsasla qərar ləğv edilib, iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə geri qaytarılıb.
Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşlərinə qoyulan məhdudiyyət götürülüb:
“Telefon danışıqlarına olan qadağa iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş qadağası aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcək”.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qubad #İbadoğlu #ilə #bağlı #qərar #LƏĞV #EDİLDİ