Quduzluq xəstəsi karantindən qaçdı, təlaş yaratdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin Şanlıurfa şəhərində quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçıb.
Metbuat.az türk mediasına istinadən bildirir ki, 30 yaşlı suriyalı xəstə sakinlərin təlaşına səbəb olub. O, kilidli bir otaqdan çıxaraq qaçıb və xəstəxanadakılardan birinin telefonunu da oğurlayıb.
Polis və tibbi personalın əməliyyatı nəticəsində həmin şəxs xəstəxanadan 10 kilometr məsafədə yerləşən bir tarlada tutulub.
Xəstənin digər şəxslərə təmas edib-etmədiyi araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Quduzluq #xəstəsi #karantindən #qaçdı #təlaş #yaratdı