fbpx

“TikTok”da özünü usta kimi təqdim etdi, insanları aldatdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“TikTok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın “Tik-Tok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.

S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

“Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TikTokda #özünü #usta #kimi #təqdim #etdi #insanları #aldatdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin