fbpx

“Neftçi”nin sevimli legioneri geri qayıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Neftçi”nin sabiq legioneri Sabir Buqrin qarşıdakı günlərdə Azərbaycana qayıda bilər.

Metbuat.az “Sportinfo.az”a istinadən bildirir ki, mərakeşli yarımmüdafiəçi Premyer Liqanın 3 klubundan cavab gözləyir. Menecerlər afrikalını “Sabah“, “Araz-Naxçıvan“ və “Neftçi“yə təklif edib.

Hazırda müqavilə ilə “Esperans”a (Tunis) məxsus olan 27 yaşlı orta sahə oyunçusu avqustun 27-dən etibarən azad agent statusu daşıyacaq. “Esperans” ona 270 min dollar borcu ödəmədiyi üçün FİFA-ya şikayət edib.

Rüya tabirlerini burdan oku

2020-ci ilin iyulunda “Neftçi”yə gələn, 2022-ci ilin yanvarında buradan ayrılan Buqrin “Esperans”a keçib.

2020/2021-ci il mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olan Sabirin Tunisə yollanmasının da qalmaqallı alınmasını xatırladaq. Belə ki, “Esperans” danışıqların şərtinə əməl etməyib, “Neftçi”yə çatası təzminatı vaxtında ötməyib. Odur ki, «ağ-qaralar» onlardan FİFA-ya şikayət göndərib, adıçəkilən qurum isə məsələni araşdırandan sonra “Esperans”a transfer qadağası qoyub.

Proses bir neçə ay sürüb və nəhayət, Tunis şəhərinin eyniadlı təmsilçisi ötən ilin avqustunda 827 min manat məbləğində təzminatı klubun hesabına köçürüb. Bundan sonra FIFA “Esperans”a qoyduğu transfer qadağasını götürüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Neftçinin #sevimli #legioneri #geri #qayıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu