BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda qol hesabını açıb.
Metbuat.az xəbər verir ki, o, komandanın ölkə kubokunda səfərdə “Sandviken”lə matçında fərqlənib.
Forvard 12-ci dəqiqədə “Yurqorden”in ikinci qolunu vurub. 45-ci dəqiqədə o, komandasına penalti qazandırıb.
Görüş “Yurqorden”in qələbəsiylə başa çatıb – 5:1. M.Qurbanlının komandası bu nəticə ilə növbəti mərhələyə yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Musa #Qurbanlı #İsveç #klubunda #ilk #qolunu #vurdu

