fbpx

Çox şirin içkilər bu orqanı sıradan çıxarır

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir stəkan qazlı, şirin sərinləşdirici içkidə 6 qaşıq dozada şəkər var, 1 litrində isə 25 qaşıq. Bu dozada şəkər birdən-birə mədəaltı vəzə zərbədir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, həkim Tatyana Meşrakova şirin qazlı içkilərin zərərindən danışıb.

“Mədəaltı vəz və qaraciyər bir dəqiqə içində 6-8 qaşıq şəkəri qəbul etmək gücündə deyil. Bu zərbə dozasıdır. Xüsusən azyaşlı uşaqlar gündə 1 litr belə sular içir.

Orqanizm yüksək miqdar şəkər dozası alanda məcburi insulin sıçrayışı olur, bu periodik olaraq baş verdikdə, insulinrezisdentlik yaranır. Nəticədə isə piylənmə və II tip diabet qaçılmazdır.

Daha bir risk karbohidrat mübadiləsinin pozulmasıdır.

Qazlı içkilərdə turşuluq tənzimləyicilər var, o da orqanizmdə turşu qələvi balansını pozur, sümüklərdən mineralları yuyur, uşaqlarda sümüklər inkişaf etmir, boy uzanmır, əzələlər zəif olur, gənclərdə osteoporoz yaranır.

Suyu köpüklü içənlərdə isə həmin qaz qabarcıqları qida borusu və mədənin, qırtlağın selikli qişası zədələnir. Belə qabarcıqlar mədədə mikrozərbə dalğası yaradır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çox #şirin #içkilər #orqanı #sıradan #çıxarır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin