Azərbaycanda bankların kredit portfeli artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
İyul ayında bankların kredit portfeli 0.4 faiz və ya 75.8 milyon manat artaraq 21,372 milyon manat olub.
Metbuat.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54.4 faiz (11,622.7 milyon manat); istehlak kreditləri – 29.8 faiz (6,376 milyon manat) və ipoteka kreditləri – 15.8 faiz (3,373.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.2 faiz təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.6 faizi və ya 31,841.1 milyon manat. Depozit portfelinin 61 faizi (19,411.8 milyon manat) hüquqi şəxslərin, 39 faizi (12,429.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 53.5 faizi (6,645.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15,816.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5 faizini təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #bankların #kredit #portfeli #artıb