Ukrayna əsgərləri Krıma daxil oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynalı əsgərlər xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov açıqlama verib. O “Suspilne.media” xəbər saytına açıqlamasında bildirib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə Krımda xüsusi əməliyyat keçirib.
“Xüsusi əməliyyat çərçivəsində əsgərlər yarımadaya daxil olub. Hədəflərə çatıldı. Əsgərlərimiz arasında itki yoxdur” – mətbuat katibi Andrey Yusov deyib.
Xüsusi əməliyyatın davam etdiyini deyən Yusov bütün detalları açıqlamayacaqlarını bildirib. Yusov Rusiya qüvvələrinin itkilər verdiyini iddia edib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov da “Azad Avropa” radiosuna Krımın istənilən bölgəsini vurmaq imkanlarının olduğunu deyərək “Biz şübhəsiz ki, düşmənin istənilən məntəqəsinə çata bilərik” bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #əsgərləri #Krıma #daxil #oldu