fbpx

Ombudsmanın nümayəndələri Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü ilə görüşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Preventiv Qrup üzvləri tərəfindən başçəkmələr davam etdirilir. Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.

İlgili Makaleler

Ombudsman Aparatından Metbuat.az-ə verilən məlumata görə, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı bu ilin 16 avqust tarixində terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib.

Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib. Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ombudsmanın #nümayəndələri #Ermənistan #kəşfiyyatdiversiya #qrupunun #üzvü #ilə #görüşdü

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin