Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub
BEY.AZ informasiya agentliyi xəbər verir
Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.
Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.
Avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Xəyal Nəsirov Ukraynadan ölkəmizə gətirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Daha #bir #şəxsin #ölkəmizə #ekstradisiyası #təmin #olunub