“Yaşadıqları rəzillik ermənilərə dərs olmayıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
“İkinci Qarabağ savaşından bu günə qədər diplomatik müstəvidə atılan addımlar onu göstərir ki, artıq biz bu məqsədimizə də tam çatmaq üzrəyik. Azərbaycan torpaqlarının hər qarışı üzərində suverenliyini tam təmin edəcək”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, Xankəndidə erməni separatçılarından geosiyasi alət kimi faydalananlar Azərbaycan əleyhinə maneə yaratmağa çalışsalar da, qarşımıza qoyduğumuz məqsədə heç bir təsir edə bilməyəcəklər:
“Onların atacağı yanlış addımlar əksinə, bir sıra hallarda bu prosesi daha da tezləşdirə bilər. Nəticədə, Azərbaycan cavab olaraq daha sərt xarakterli şərtlər irəli sürüb, gedişlər edəcəkdir. Haylar bundan əvvəlki təcrübələrindən onu yaxşı bilirlər. Qarabağda təxribatçı hərəkətlər bizim məqsədimizi yox, onlara və onlardan geosiyasi alət kimi faydalananlara yanaşmamızı dəyişdirə bilər”.
Sahib Alıyev bildirdi ki, Ermənistan və havadarlarının qarşısında ötən əsrin sonlarındakı Azərbaycan deyil, 44 günlük müharibədən qələbə ilə ayrılan qalib dövlət dayanıb:
“Biz Qarabağdakı hərbi xuntanı da, onun hazırda girovluğu altında olanları, Rusiyadan ora ezam edilmişləri, eyni zamanda həmin kontingentdən geosiyasi alət kimi faydalanan, yaxud buna çalışanları yaxşı tanıyırıq. Biz onların kimliklərinə yaxşı bələdik. Dəfələrlə qarşı tərəfdən belə hallara son qoyulması tələb edilsə də, onlar əksinə davranır, yeni müdafiə hədləri, səngərlər, uzun müddətli fortifikasiya qurğuları yaradır, yeni minalar basdırır, intensiv döyüş hazırlığı tədbirləri həyata keçirirlər.
Azərbaycanın Müdafiə Nazirliyinin “baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyi” xəbərdarlığı onu göstərir ki, işğalçı, terrorçu və separatçı ünsürlərə yaxşı heç nə vəd etməyən o “istənilən hadisə” hər an gözlənilir. 44 günlük savaş zamanı üzləşdikləri məğlubiyyət, yaşadıqları rəzillik onlara dərs olmayıb. Hayları yeni savaşa həvəsləndirənlərin, onlara silah-sursat ötürənlərin kimliyi bəllidir. Bu fonda davam edən hərəkətlər Azərbaycanın onlar haqqında olan düşüncələrində yanılmadığını bir daha sübut edir”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yaşadıqları #rəzillik #ermənilərə #dərs #olmayıb