fbpx

Bakı küçələrində satılan Maraş dondurmalar təhlükəlidir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yay aylarının vazkeçilməzi olan dondurmaları sevməyən olmaz. Xüsusilə də Maraş dondurmaları. Onların xüsusi qaydada satılması alıcıları daha çox cəlb edir. Bəs açıq halda yol qıraqlarında satılan bu dondurmalar nə qədər təhlükəsizdir?

Metbuat.az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu növ dondurmalar ölkəyə yoxlanılıb buraxılır, sertifikatla təmin edildikdən sonra satışına icazə verilir. Satıcılar isə deyirlər ki, tərkibində istifadə olunan indriqentlər Türkiyənin Kahramanmaraş bölgəsindən gəlsə də, bu dondurmalar Azərbaycanda istehsal olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda dondurmaların satışına icazə verilir.

Bundan əlavə, həmin qaydaların 20-ci bəndinə uyğun olaraq səyyar ticarət üçün digər tələblərlə yanaşı, sahibkarlar tərəfindən sanitariya normalarına əməl olunması tələbi də müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a uyğun olaraq qida məhsulları temperatur rejiminə nəzarət etməyə imkan verən müvafiq avadanlıqlarda saxlanmalı, qida məhsulları ilə təmasda olan avadanlıqlar çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə olmalı, həmçinin təmiz saxlanılmalı və dezinfeksiya edilməlidir.

Rüya tabirlerini burdan oku

Satıcı Zekeriya Baskanın sözlərinə görə, bu növ dondurmalar istehsaldan sonra da emal prossesini davam etdirir. Satıcının sözlərinə görə, dondurmalar normalara uyğun satılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu dondurmaların satışı zamanı istehlakçıların hüquqları kobud şəkildə pozulur. Çünki Maraş dondurmaları açıq satıldığından üzərlərində tərkibi haqqında heç bir bildiriş olmur. Eyyub Hüseynov onu da dedi ki, bu dondurmalarin baha olmasının səbəbi Türkiyədən gəlməsi, əyləncəli üsulla satılması ilə əsaslandırılır. Mütəxəssis məsləhət görür ki, vətəndaşlar Maraş dondurması alarkən satıcıdan istehsalçının kimliyi və məhsulun tərkibi barədə bilgilər almalıdırlar. Şübhəli məqamla rastlaşdıqda isə mütləq müvafiq qurumlara məlumat verməldirlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakı #küçələrində #satılan #Maraş #dondurmalar #təhlükəlidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu