Azərbaycanda idxal inflyasiyası 18.9% olub
BEY.AZ informasiya agentliyi xəbər verir
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.9% artıb.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında ixrac olunan məhsulların qiymətləri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 24.9% enib.
Qeyd edək ki, idxal olunan məhsullarda ən çox qiymət artımı ayaqqabı, baş geyimlərində(54.8% artım), təbii xəz(64% artım) , mebel (52.3% artım), alkoqollu və alkoqolsuz içkilər (36.2% artım), diri heyvanlar ( 23.8% artım), əczaçılıq məhsulları ( 25.3% artım) və digər məhsullarda olub.
Xatırladaq ki, ixrac olunan məhsullarda ən çox qiymət azalması mineral məhsullarda (27.6% azalma), mis və ondan hazırlanan məmulatlar (17,3% azalma), oyuncaqlar və onların hissələri (25.1% azalma) və digər məhsullarda olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #idxal #inflyasiyası #olub