Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərlərində 38 mln. kubmetr itki olub, bu da illik müqayisədə 53,2% çoxdur.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 24,8 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 795,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artım müşahidə olunub.
Hesabat dövründə qaz nəqlinin 52,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 10 915,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6%-lik artım). Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #magistral #qaz #kəmərlərində #itkilər #kəskin #artıb