fbpx

Rəsmi Bakıdan uğurlu gediş – Ermənistan dilemma qarşısında

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı neqativ münasibət göstərməyə başlayıblar.

Qarabağda yaşayan separatçı David Minasyan facebook səhifəsində yazıb ki, onların Türk çörəyinə əsla ehtiyacları yoxdur.

Vəziyyəti Metbuat.az-a şərh edən politoloq Samir Hümbətov deyir ki, Azərbaycan hümanitar yardım etməklə ərazinin bizə məxsus olduğu mesajını vermiş oldu:

“Orada humanitar böhran yoxdur. Əgər humanitar böhran olsaydı, o zaman bu yardımı humanitar yardım adlandırmaq olardı. Qarabağda yaşayan erməniəssili şəxslərə yardım karvanını göndərmək Azərbaycanın tam suveren hüququdur. Erməni mediası isə avtomobillərin seriya nömrəsinə diqqət çəkib. Ermənilər iddia ediblər ki, Azərbaycanı humanitar yardım göndərdikləri yük avtomobillərinin seriyası “44”-dür və bu 44 günlük müharibədəki qələbəni simvolizə edir.

Qeyd edim ki, logistik nəqliyyat əlaqələri zamanı seriya nömrələrini bu formada izah etmək absurd düşüncədir. Burada istənilən seriya nömrəsi ola bilərdi, əsas diqqət Azərbaycanın Azərbaycanın Xankəndi bölgəsinə yardım etməsinə yönəlməlidir. Hesab edirəm ki, orada yaşayan ermənilər bu karvanı qəbul edəcəklər. Hazırda atdıqları addım isə şou göstərib dünyanın diqqətini cəlb etməkdən ibarətdir. Bunun nəticəsində onlar üçün problem yarana bilər. Çünki Azərbaycan Laçın yolunu onlar üçün istifadəyə verməyəcək. Yeganə yol Ağdam –Xankəndi marşrutu üzrədir. Separatçıların istəyindən asılı olmayaraq bölgəyə humanitar yüklərin daşınması ancaq Azərbaycanın əli ilə həyata keçirilə bilər. Burada başqa alternativ yoxdur”.

Ermənistanın “Hraparak” nəşrinə görə, Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib ki, Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif etsələr də, separatçı dəstə bunu qəbul etməyib. David İşxanyan həmçinin qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin təzə komandanı Qarabağa yeni gəlib, vəziyyətlə yaxından tanış olmayıb.

Siyasi şərhçi Asif Nərimanlının qənaətinə görə, Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olma ehtimalı istisna edilməməlidir:


“Rusiya ikili oynayır. Bir tərəfdən, Bakının qarşısını kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı, Ağdam yolunun da açılmasını dəstəkləyir; digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə “erməni əhalisi yardımı qəbul etmir” görüntüsü yaradır. Və bununla azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb. Ümumiyyətlə, iddia edilən kimi “humanitar fəlakət” varsa, separatçılar Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, deməli, manipulyasiya etdikləri təsdiqlənir. Bakı Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyur”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəsmi #Bakıdan #uğurlu #gediş #Ermənistan #dilemma #qarşısında

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin