fbpx

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən iranlı saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Füzuli rayonu Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı 1980-cı il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycana #narkotikləri #uçuş #aparatı #ilə #keçirən #iranlı #saxlanıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin