fbpx

“İddialı qrupa düşdük” – Qurbanov püşkü dəyərləndirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“İddialı və maraqlı qrupa düşmüşük”.

Metbuat.az “Qol.az”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ağdam təmsilçisi “Bayer” (Leverkuzen, Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) birlikdə H qrupunda yer alıb. Q.Qurbanov isə püşklə bağlı bunları söyləyib:

Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top “5-lik” ölkəsinin komandasıdır. “Molde” və “Haken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İddialı #qrupa #düşdük #Qurbanov #püşkü #dəyərləndirdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin