fbpx

Milli Məclisin deputatlarının tətili başa çatdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Milli Məclisinin (MM) deputatları tətildən qayıdıblar.

Metbuat.az xəbər verir ki, onların tətil müddəti avqustun 30-da başa çatıb.

Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılırlar.

Bu müddətdə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclisin #deputatlarının #tətili #başa #çatdı

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin