fbpx

Azərbaycan yanğınsöndürənləri dünya çempionatında iştirak edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Respublikasının İstanbul şəhərində yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XVIII dünya çempionatına və qadınlar arasında IX dünya çempionatına start verilib.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, Dünya çempionatında ölkəmizi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və Dövlət Neft Şirkətinin yanğınsöndürənlərindən ibarət komandası təmsil edir.

Sentyabrın 6-dək davam edəcək mötəbər idman tədbiri Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının XXIII Beynəlxalq Konfransının qərarı əsasında keçirilir.

Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətləri vasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #yanğınsöndürənləri #dünya #çempionatında #iştirak #edir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin