Xəbərlər

Yenə Prius: Bakıda 5 maşının iştirakı ilə qəza oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı bey.az-ın müxbiri hadisə yerindən məlumat verib. Məlumata görə, “Toyota Prius” markalı avtomobil “Changan” markalı avtomobillə toqquşub.

Nəticədə bu 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bundan başqa, ətrafda olan daha 3 maşın – “Lexux”, “Mercedes E-Class”, “Opel” də qəza səbəbindən zədələnib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yenə #Prius #Bakıda #maşının #iştirakı #ilə #qəza #oldu

Bir yanıt yazın

Başa dön tuşu