fbpx

“Ağızlarına gələni danışırlar” – Deputat Çingiz Abdullayevi müdafiə etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çingiz Abdullayev o statusu əsəbindən yazıb. Hara tərk edir ölkəni? Niyə? O trollar Çingiz Abdullayevi boğaza yığıblar. Hər gün təhqir. Danışığında, nə bilim, yazısında nöqsan tuturlar. Çingiz bir yazıçı kimi Azərbaycanı bütün dünyada təmsil edir. Azərbaycanın Xalq yazıçısıdır. Hansı ölkəyə gedirsən, Çingiz Abdullayevin kitabları satılır. Belə bir hörmətli, şöhrətli yazıçı barədə ağızlarına nə gəldi yazırlar…”

Metbuat.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib.

O qeyd edib: “Bu adam Bakı ləhcəsində danışır, bakılıdır da. Burda nə var ki? Mən də qarabağlıyam, Qarabağ ləhcəsində danışıram. Nə qədər edirlər, elə “gələjəm”, “gedəjəm” deyirəm. İndi məni vurub öldürək?!

Ordan-burdan gözü götürməyənlər Çingiz Abdullayevi pisikdirirlər. Heç yerə gedən deyil. O, vətənpərvər bir adamdır. Onun Moskva televiziyasında çıxışlarına baxsınlar, Qarabağ məsələsi ilə bağlı rusları necə susdurur”.

A.Abbas REAL TV-nin baş direktoru Mirşahin Ağayevin “Çingiz Abdullayev harasa getmək haqqında yox, cahiliyyəni necə susdurmaq barəsində fikirləşməlidir” sözlərinə də münasibət bildirib:

“Necə susdursun? Cahilə nə deyirsən, de. Cahil necə susur? Mirşahin düz deyir, amma necə susdursun? Cahili susdurmaq olar? Mirşahin özü susdura bilir? Ona da gündə nə qədər hər verilişində, hər danışığında hücum edirlər. Susdurmaq mümkün deyil. Sadəcə, hər kəs öz işini görməlidir. Cahillərə fikir verməyin, hürüb-hürüb, axırda yorulacaqlar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağızlarına #gələni #danışırlar #Deputat #Çingiz #Abdullayevi #müdafiə #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin