100 yaşa kimi yaşayan insanların ortaq sirri bəlli oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
100 yaşa kimi yaşayan insanları birləşdirən bir səbəb tapılıb. Onların bağırsaq mikrobiomu unikal tərkibdə olub.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, Yaponiyanın Keyo universiteti və ABŞ Broud institutunun alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qərara gəliblər.
Uzunömürlülər 70 yaşa qədər yaşayanlardan daha az xroniki xəstəliklərə malikdir və daha az infeksion xəstəliklər keçirib.
Alimlər 160 yapon uzunömürlüsünün bağırsaq mikrobiotikasının tərkibini öyrəniblər. Onların içində orta yaş həddi 105 olub.
Məlum olub ki, 21-50 yaşlı insanlarla müqayisədə 80-85 yaşlı uzunömürlülərin bağırsağında daha çox sayda və növdə bakteriyalar var ki, onlar öd turşuları adlı ikincili fermentləri hasil edir.
Bu maddə bağırsağı patogen bakteriyalardan və iltihabdan qoruyur. Eləcə də immun sistemi tənzimləyir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşa #kimi #yaşayan #insanların #ortaq #sirri #bəlli #oldu